
Rusiyada məhkəmə “Krokus”dakı terror aktının dörd icraçısını ömürlük həbs cəzasına məhkum edib.
“Report” xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
İkinci Qərb Dairəvi Hərbi Məhkəməsinin qərarına əsasən, hər dörd nəfər ömürlük həbs cəzasının ilk 17 ilini həbsxanada keçirəcək, qalan müddət üçün xüsusi rejim nəzərdə tutulub.
Məhz ömürlük həbs cəzalarını dövlət ittihamçılığı Dalercon Mirzoyev, Şamsiddin Fariduni, Mühəmmədsabir Fayzov və Saidakrami Murodəli Racəbəlizoda üçün tələb etmişdi.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


