e-ticarətin pərakəndə ticarətdəki payının 25 faizi keçəcəyi gözlənilir – Erdem Biçer

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda da fəaliyyət göstərən Trendyol hazırda 27-si
Avropada, 6-sı Qafqaz bölgəsində olmaqla, o cümlədən Azərbaycan
daxil olmaqla ümumilikdə 35 ölkədə xidmət göstərir.

Trend xəbər
verir ki, bunu Trendyol şirkətinin Marketinq şöbəsibin müdiri Erdem
Biçer bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi
Günü ilə əlaqədar “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron
ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda
keçirilən forumda bildirib.

Onun sözlərinə görə, platformanın gündəlik orta ziyarətçi sayı
20 milyondan çoxdur, aktiv istifadəçilərin sayı isə 40 milyonu
keçir:




“Satılan məhsulların sayı 1 milyarddan çoxdur. Eyni zamanda
platformada 250 mindən artıq aktiv satıcıdan ibarət satıcı portfeli
mövcuddur.

Dünyada e-ticarətin pərakəndə ticarətdə payı getdikcə artır.
Hazırda bu göstərici təxminən 20 faizə yaxınlaşır. Proqnozlara
görə, 2027-ci ildə bu payın 25 faizi keçəcəyi gözlənilir”, – o
bildirib.