
İsrailin Səhiyyə Nazirliyi bildirir ki, son 24 saat ərzində İranın zərbələri nəticəsində 179 nəfər zərər çəkib.
“Report” xəbər evrir ki, bu barədə yerli KİV xəbər verir.
“Sutka ərzində, çərşənbə günü saat 07:00-dan cümə axşamı günü saat 07:00-dək xəstəxanalara 179 zərərçəkən daxil olub, o cümlədən dörd nəfər orta ağırlıq dərəcəsində, 157 nəfər yüngül xəsarətlərlə və 18 nəfər ağır sinir şoku vəziyyətində”, – açıqlamada deyilir.
Həmçinin qeyd olunur ki, müharibənin başlanğıcından İsraildə zərərçəkənlərin ümumi sayı 2 745 nəfərə çatıb.
“Onlardan 85 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən 11 nəfər ağır vəziyyətdə, 10 nəfər orta ağırlıq dərəcəsində, 64 nəfərin vəziyyəti yüngül olaraq müəyyən edilib”, – qurum vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


