
Beynəlxalq problemlər yalnız birgə səylərlə həll oluna bilər.
“Report” xəbər verir ki, bunu BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlətlər beynəlxalq əməkdaşlığı gücləndirməli, gələcək naminə BMTpaktına sadiq qalmalıdırlar:
“Çoxtərəfli diplomatiyanın mərkəzi olan BMT-nin Cenevrədəki ofisi beynəlxalq həllərə dəstək göstərir. Biz dünyanın ən vacib problemlərini birlikdə həll etməyə çalışırıq. Beynəlxalq sistem bizi narahat etsə də, BMT-nin həmrəylik, dialoq, əməkdaşlıq prinsipləri gündəmdədir. Dünyanı birləşdirmək üçün yeni əməkdaşlıqlar qurmalı, problemləri həll edə bilək”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


