
Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri eyni vaxtda Tehran və Təbrizə birgə
hücumlar həyata keçirib.
Trend xəbər verir
ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilib ki, zərbələrin hədəfi İran silahlı
qüvvələrinin əsas komandanlıq mərkəzləri olub.
Qeyd olunub ki, hədəflər arasında xüsusi təyinatlı qüvvələrin
qərargahı, Təbrizdə yerləşən böyük “Bəsic” milis kompleksi,
Tehrandakı “İmam Həsən” hərbi kompleksi və digər qərargahlar yer
alıb.


