Bakı. Trend:
Keniyada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində
ölənlərin sayı 49-a çatıb.
Trend xəbər verir
ki, bu barədə “Daily Nation” qəzeti məlumat yayıb.
Məlumata görə, Keniyada daşqınlar martın 6-dan bəri davam edir
və ölümlərin əksəriyyəti Nayrobidə qeydə alınıb. Ən azı 2600 ailə
evlərini tərk etmək məcburiyyətində qalıb.
Polis bir neçə ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam
etdiyini bildirib.
Fırtına həmçinin infrastruktura ciddi ziyan vurub. Bir çox yerdə
yollar yuyulub və su altında qalıb, su və kanalizasiya sistemləri
zədələnib, elektrik təchizatı sıradan çıxıb. On altı polis bölməsi
də su altında qalıb.
Eyni zamanda hüquq-mühafizə orqanları bu problemlərin qurbanlara
yardım göstərilməsi işinə və daşqınların dağıdıcı nəticələrinin tez
bir zamanda aradan qaldırılmasına təsir göstərmədiyini
bildiriblər.

