Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə
Xidmətinin (DYMX) Xocavənd rayon Dövlət Yanğından Mühafizə
Hissəsinin Hadrut qəsəbəsində 4 çıxışlı inzibati binasının
tikintisinə başlanılır.
Trend-in
məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti
İdarəsi artıq bununla bağlı müvafiq işlərə start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.
Məlumata görə, tikinti işlərinə 3,886 milyon manata yaxın
vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, 2020-ci ildə Xocavənd rayonunun Hadrut
qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil
olunub.

