Azərbaycan İqtisadiyyat Naziryliyi ilə Amerikanın texnologiya şirkəti arasında memorandum imzalanıb

Baş səhifə

Vaşinqton. Trend:

Azərbaycan İqtisadiyyat Nazirliyi ilə ABŞ-nin “HAIMAKER.AI Inc”
şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal platformanın və
ekosistemin yaradılması üzrə potensial tərəfdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.

Bu barədə Trend-in
xüsusi müxbiri xəbər verir.

İmzalanma mərasimi Vaşinqtonda Amerika–Azərbaycan Ticarət
Palatasının (USACC) təşkil etdiyi ABŞ–Azərbaycan Ticarət-Biznes
Konfransı çərçivəsində baş tutub.




Sənədi Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur
Əliyev və “HAIMAKER.AI” Inc şirkətinin həmtəsisçisi və baş icraçı
direktoru Su Le imzalayıblar.

Qeyd edək ki, “HAIMAKER.AI Inc” süni intellekt və rəqəmsal
infrastruktur sahəsində fəaliyyət göstərən ABŞ texnologiya
şirkətidir. Şirkətin baş ofisi ABŞ-nin Kaliforniya ştatının
San-Fransisko şəhərində yerləşir.

Şirkət tərtibatçıların, bizneslərin və dövlət qurumlarının
müxtəlif süni intellekt modellərindən vahid interfeys vasitəsilə
istifadə etməsinə imkan verən platforma və infrastruktur həlləri
inkişaf etdirir. HAIMAKER.AI platforması dünyanın aparıcı
tərtibatçılarının yüzlərlə süni intellekt modelinə çıxışını təmin
edir və onları vahid API vasitəsilə rəqəmsal məhsullara inteqrasiya
etməyə, həmçinin tapşırıq, dəyər və məhsuldarlıqdan asılı olaraq
modellər arasında çevik keçid etməyə imkan yaradır.