İrandan daha 17 nəfər Azərbaycana təxliyə olunub

Baş səhifə
İrandan daha 17 nəfər Azərbaycana təxliyə olunub

İrandan daha 17 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

“Report”un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi martın 10-u saat 00:00-dan 12:00-dək”Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bunlardan 8-i Azərbaycan, 8-i Çin və 1-i Kanada vətəndaşıdır.

Bundan başqa, İranın bir vətəndaşı və Pakistanın bir diplomatı Azərbaycan ərazisindən İrana keçib.