Azərbaycan və Pakistan arasında regionda baş verən proseslər müzakirə edilib

Baş səhifə

Bakı.Trend:

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar
Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng
edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı regionda baş verən
proseslərdən narahatlıq ifadə olunub.

Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli
Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli
əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Sülh, sabitlik və
əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti
qeyd olunub.