FIBA Çempionlar Kuboku: Azərbaycan millisinin heyəti və oyun cədvəli açıqlanıb

Baş səhifə
FIBA Çempionlar Kuboku: Azərbaycan millisinin heyəti və oyun cədvəli açıqlanıb

İlk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin heyəti və oyunlarının vaxtı müəyyənləşib.

“Report” xəbər verir ki, ikinci dəfə təşkil olunacaq turnirdə yığma Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət heyətlə mübarizə aparacaq.

B qrupunda yer alan milli ilk olaraq martın 13 də, Kanada və Taylandla qarşılaşacaq. Görüşlər müvafiq olaraq saat 13:20 və 16:05-də başlayacaq. Martın 14-də isə növbəti rəqib İspaniya olacaq. Bu matç isə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.