Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkotik
qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədi daşıyan hərbi
koalisiyanın yaradıldığını açıqlayıb.
Trend-in məlumatına görə, Tramp bu barədə Floridada bir neçə
Latın Amerikası ölkəsinin liderləri ilə görüşdə bildirib.
Trampın sözlərinə görə, təşəbbüsün iştirakçıları narkotik
qaçaqmalçılarına qarşı əməliyyatlarda ordudan istifadə edilməli
olduğu barədə razılığa gəliblər.
EFE xəbər agentliyi bildirir ki, Braziliya və Meksika görüşdə
iştirak etməyib. Trampın sözlərinə görə, Meksika ABŞ-ın narkotik
kartelləri ilə mübarizə təkliflərini rədd edib.

