Bakı. Trend:
Çin Yaxın Şərqdəki hərbi əməliyyatlara dərhal son qoyulmasının
tərəfdarıdır.
Trend-in məlumatına görə, bu barədə Çinin xarici işlər naziri
Vanq Yi mətbuat konfransında bildirib.
“Bu, bütün tərəfləri narahat edən məsələdir və mövcud beynəlxalq
vəziyyətin əsas diqqət mərkəzindədir. Çin obyektiv və ədalətli
mövqe tutur və dəfələrlə prinsipial mövqeyini aydınlaşdırıb. Bunu
bir cümlə ilə ümumiləşdirmək olar: hərbi əməliyyatlar
dayandırılmalıdır. Silahlı münaqişə ilə qarşılaşdıqda, baş
verməməli olan və heç kimə fayda verməyəcək bir müharibə görürük”,
– deyə nazir bildirib.

