ABŞ Yaxın Şərqdə “Merops” əks-dron sistemlərini yerləşdirəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ İranın hücum dronlarına qarşı müdafiəni gücləndirmək
məqsədilə Ukraynada sınaqdan keçirilmiş “Merops” əks-dron
sistemlərini yaxın vaxtlarda Yaxın Şərqə yerləşdirməyi
planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə “Associated Press” agentliyi iki
amerikalı rəsmi şəxsə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ İran raketlərini məhv
etmək üçün “Patriot” və THAAD raketdən müdafiə sistemlərindən
uğurla istifadə etsə də, hazırda Yaxın Şərqdə effektiv Amerika dron
əleyhinə imkanların sayı məhduddur.




Digər amerikalı rəsmi bildirib ki, ABŞ-ın İranın “Şahid”
dronlarına qarşı mübarizə səyləri indiyədək “məyusedici” nəticələr
verib.

“Merops” idarə olunan sistemi düşmən pilotsuz uçuş aparatlarına
qarşı xüsusi dronlardan istifadə edir. Sistem süni intellektdən
istifadə edərək peyk və elektron rabitənin kəsildiyi mühitlərdə
belə naviqasiya edə bilir, hədəfi müəyyənləşdirərək ona yaxınlaşır
və məhv edir.