Osloda ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib

Baş səhifə
Osloda ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib

Norveçin paytaxtı Oslo şəhərində ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Norveç polisinə istinadla məlumat yayıb.

Polisin açıqlamasınə əsasən, bazar günü ABŞ səfirliyinin yaxınlığında güclü partlayış səsi eşidilib.

Hazırda tələfat və ya yaralılar barədə məlumat verilməyib.