
Bakı. Trend:
İdman gimnastikası üzrə FIG Dünya Kubokunda üçüncü yarış günü –
ilk final günü başa çatıb.
Trend xəbər
verir ki, ilk final günündə gimnastlarımız Nikita Simonov və Dəniz
Əliyeva mübarizə aparıblar.
Təəssüf ki, onlar ilk üçlükdə yer ala bilməyiblər.Nikita Simonov
halqalar proqramında 4-cü, Dəniz Əliyeva isə dayaqlı tullanmada
6-cı pillədə qərarlaşıb.
Sabah isə yarışın sonuncu – ikinci final günü keçiriləcək. Həmin
gündə gimnastımız Aydın Əlizadə mübarizə aparacaq.
Qeyd edək ki, 5 mart tarixində start götürən yarış 8 mart
tarixində yekunlaşacaq.


