Türkiyənin “Kızılelma” pilotsuz döyüş təyyarəsi bu il istifadəyə veriləcək

Baş səhifə

Bakı. Trend:

Aviasiya tarixində ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar
Kızılelma” artıq 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin
xidmətinə veriləcək.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.




Bildirilib ki, təyyarənin sınaqları uğurla davam etdirilir.

Qeyd edək ki, “Kızılelma” “Baykar Teknoloji” tərəfindən
Türkiyədə inkişaf etdirilən turbofan mühərrikli, radarlar
tərəfindən gizlənə bilən və havadan havaya raket atma qabiliyyətinə
sahib olan pilotsuz döyüş təyyarəsidir.