
Bakı. Trend:
“Arsenal” yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi
planlaşdırır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın liderinin əsas
hədəfi “Nyukasl”da çıxış edən Sandro Tonalidir. Bu barədə İngiltərə
mətbuatı məlumat yayıb.
“Topçular”ın idman direktoru Andrea Berta italiyalı futbolçunun
nümayəndələri ilə danışıqlara başlamağı planlaşdırır. Klubu 25
yaşlı dayaq yarımmüdafiəçisi üçün 100 milyon avrodan aşağı
təklifləri dəyərləndirməyəcək.
Qeyd edək ki, “Nyukasl” Sandro Tonalini 2023-cü ilin yayında “Milan”dan 60 milyon avroya transfer edib. İtaliya millisinin üzvü
bu mövsüm “sağsağanlar”ın heyətində meydana çıxdığı 44 rəsmi matçda
3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


