
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.
Bu barədə “Report”a QMİ-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və QMİ-nin təşəbbüsü ilə Romada martın 9-da Ramazanın İftar süfrəsi təşkil olunacaqdır.
QMİ sədri A. Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri İftar süfrəsində Zati-müqəddəsləri Papa XIV Leo həzrətlərini Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcəkdir.
Romadakı St. Regis Hoteldə keçiriləcək və İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi İftar süfrəsi Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


