
Vaşinqton nüvə enerjisi ilə işləyən təyyarədaşıyan USS George HW Bush-un rəhbərlik etdiyi üçüncü bir təyyarədaşıyan qrupu Yaxın Şərqə göndərməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Donanma Qüvvələri Komandanlığının açıqlamasına deyilir.
Gəmilər bütün təyyarədaşıyan zərbə qruplarının daha genişmiqyaslı missiyalar üçün icazə verilməzdən əvvəl keçməli olduğu hərtərəfli təlimləri başa vurub və hazırda bölgəyə göndərilməyə hazırlaşır.
George HW Bush iki nüvə reaktoru ilə təchiz olunub ki, bu da gəminin yanacaq doldurmadan demək olar ki, qeyri-müəyyən müddətə fəaliyyət göstərməsinə imkan verir. O, qabaqcıl F-35 qırıcıları da daxil olmaqla 80-dən çox təyyarə və helikopter daşıya bilər.
USS Abraham Lincoln və USS Gerald R. Ford təyyarədaşıyanları artıq Yaxın Şərqə göndərilib. Birincisi hazırda Ərəbistan dənizində, ikincisi isə Qırmızı dənizdədir.


