Ruslan Paşayev “Qran-pri”nin qalibi olub

Baş səhifə
Ruslan Paşayev Qran-prinin qalibi olub

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən “Qran-pri”nin qalibi olub.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Milli üzvü turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib.

Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar.