
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi
Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam
Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən
Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və
kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını
alıb.
Trend xəbər verir ki,
Azərbaycan Respublikasında kəşfiyyat xarakterli məlumatların
toplanılması, terror-təxribat və sui-qəsd aktlarının
planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərin
dairəsi müəyyən edilib.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki
körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ
dolları vəd edən İran İslam Respublikası vətəndaşı Sheikhzadeh
Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında
olub.
Eyni zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayan
yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında
SEPAH-dan xüsusi tapşrıqlar aldığı məlum olub.


