Jelka Tsviyanoviç İranın hücumları ilə əlaqədar Azərbaycana həmrəyliyini ifadə edib

Baş səhifə
Jelka Tsviyanoviç İranın hücumları ilə əlaqədar Azərbaycana həmrəyliyini ifadə edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç İranın Naxçıvana dron hücumları ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

“Report” xəbər verir ki, məktubda deyilir:

“İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Sizin rəhbərliyiniz altında Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət yürütmüşdür, buna görə də belə əməllər xüsusilə ədalətsizdir.

Bu çətin şəraitdə Zati-alinizlə və dost Azərbaycan xalqı ilə qəti həmrəy olduğumuzu bir daha bildiririk.

Bakıya qarşıdan gələn səfərimi və yenidən görüşümüzü səbirsizliklə gözləyirəm. Bu görüşü xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm fürsət kimi qiymətləndirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.