
Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Etika, Nəzarət
və İntizam Komitəsi Çempionlar Liqasının 1/8 final mərhələsinə
vəsiqə uğrunda Portuqaliyanın “Benfika” klubu ilə keçirilən cavab
oyunundan sonra azarkeşlərin yolverilməz davranışına görə
İspaniyanın “Real” klubunu cərimələmək qərarına gəlib.
Trend xəbər verir
ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Komitənin bəyanatında bildirilir ki, cərimənin məbləği 15 min
avro təşkil edəcək. Qeyd olunur ki, oyun zamanı azarkeşlər
tərəfindən “irqçi və/və ya diskriminasiya xarakterli davranış”
halları qeydə alınıb.
Qeyd edək ki, “Real” ilə “Benfika” arasında cavab oyunu Madriddə
keçirilib və İspaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk qarşılaşmada isə İspaniya təmsilçisi 1:0 hesabı ilə qalib
gəlmişdi.


