İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib

Baş səhifə
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına endirilən zərbələr barədə məlumat yayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, SEPAH Fars körfəzindəki iki hərbi bazaya zərbələr endirib.

Hücumların hədəfi BƏƏ-dəki Əl-Dəfra hava bazası və Küveytdəki Əli-Saləm hava bazası olub, hər iki bazada amerikalı hərbçilər yerləşir.

Mümkün dağıntılar və ya itkilər barədə hələlik heç bir ətraflı məlumat verilməyib.