“AzerGold” xüsusi mükafata layiq görüldü (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Vergi
sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı
qərarlar” mövzusunda forum keçirilib.

Forum çərçivəsində vergi sistemində müasir idarəetmə
yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə
mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi
qanunvericiliyində baş verən dəyişikliklər və vergi
inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim
edilib.

Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi
ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub. “AzerGold” QSC
qızıl və gümüşün beynəlxalq bazarlara ixracatı sahəsində verdiyi
töhfələrə görə “Dövlət sektoru üzrə fəal ixracatçı” nominasiyası
üzrə mükafata layiq görülüb.




Mükafat, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri
Mikayıl Cabbarov və Milli Məclisinin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən
“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam
Fərzəliyevə təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC cari ilin əvvəlində qeyri-neft-qaz
sektoru üzrə dövlətə məxsus ixracatçı subyektlərin reytinqində
birinci pillədə qərarlaşıb.