
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb. Tərəflər İrandakı vəziyyəti və konfliktin regiona mümkün təsirlərini müzakirə ediblər.
Modern.az -ın məlumatına görə, Ərdoğan bildirib ki, uzunmüddətli eskalasiya Yaxın Şərqdən kənarda, o cümlədən Avropada da sabitliyin pozulmasına səbəb ola bilər.
Danışıqlar zamanı həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzusu da gündəmə gətirilib.


