“Azsığorta”ASC-nin maliyyə vəziyyəti açıqlanıb

Baş səhifə

“Azsığorta” ASC 2025-ci ili 1,75 milyon manat mənfəətlə başa vurub.

APA-Economics” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin əvvəli ilə müqayisədə 3,4% artıb.

Hesabat dövründə şirkətin bölüşdürülməmiş mənfəəti 15,5% artaraq 4,8 milyon manat təşkil edib.

Ötən il “Azsığorta” ASC -nin əsas əməliyyat gəlirləri 8% azalaraq 8,4 milyon manat, əsas əməliyyat xərcləri isə 4,6% artaraq 3,8 milyon manat təşkil edib.

2025-ci ilin sonuna şirkətin aktivləri ilin əvvəli ilə müqayisədə 1,3% azalaraq 30,3 milyon manata enib. Aktivlərin azalmasına şirkətin sığorta ehtiyatlarında təkrarsığortaçıların payının azalması təsir edib. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı 7,3% azalaraq 776,7 min manata enib.

Hesabat dövründə ASC-nin öhdəlikləri də azalıb. Belə ki, ötən ilin sonuna şirkətin öhdəlikləri 10,7 milyon manat olub ki, bu da ilin əvvəlinə nisbətən 9,6 faiz azdır. Öhdəliklərin azalması isə əsasən, sığorta ehtiyatlarının azalması hesabına baş verib. 2025-ci ilin sonuna şirkətin sığorta ehtiyatları ilin əvvəli ilə müqayisədə 13,7 faiz azalıb.

Ötən ilin sonuna şirkətin balans kapitalı isə 4% artaraq 18,8 milyon manat təşkil edib.