
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri ötən gecə ərzində Livanda həyata
keçirilən hava əməliyyatlarının gedişində onlarla “Hizbullah”
hədəflərinə zərbələr endirib.
Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin
(IDF) rəsmi “X” hesabında zərbələrin videogörüntüsü və məlumat
paylaşılıb.
Vurulan hədəflər arasında “Hizbullah”ın İcraiyyə Komitəsinin baş
qərargahı, dronların saxlanıldığı anbar da yer alır.
“Həmin komanda mərkəzlərindən “Hizbullah”ın IDF qoşunlarına və
İsrail dövlətinə qarşı çoxsaylı terror hücumların planlaşdırılması
üçün istifadə olunacaqdı”,- deyə IDF məlumatında qeyd olunur.


