
Bakı. Trend:
Azərbaycan və Böyük Britaniyanın “Palantir” şirkəti arasında
kritik infrastruktur monitorinqi sahəsində əməkdaşlıq imkanları
müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.
“Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin
nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat
inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və
kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanlarını
müzakirə etdik.
Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın
potensial rolu barədə fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd
edilib.
Xəbər yenilənəcək.


