
Bakı. Trend:
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqez Britaniyanın “Shell” neft-qaz şirkəti ilə müqavilənin imzalanmasında iştirak
edib.
Trend xəbər verir
ki, mərasim prezident sarayında keçirilib və “Venezolana de
Televisión” telekanalı tərəfindən yayımlanıb.
Saziş Venesuelaya səfər edən ABŞ Daxili İşlər Naziri Duqlas
Berqam ilə danışıqlar çərçivəsində imzalanıb. Prezidentə 20-dən çox
özəl şirkətin nümayəndələri müşayiət edib, onlar mədən
layihələrində əməkdaşlıq və investisiya imkanlarını araşdırmaq
məqsədilə səfərdədir.
Fevralın 26-da Rodriqez Karakasda “Shell” nümayəndələri ilə
əməkdaşlığı genişləndirmək və birgə qaz layihələrini
qiymətləndirmək üçün işgüzar görüş keçirib. Görüşdə qaz
yataqlarının işlənməsi perspektivləri və Venesuelanın enerji
sənayesinin inkişaf planları müzakirə olunub.


