TDT Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəyliyini bir daha vurğulayır – Kubanıçbek Ömüralıyev

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) İran İslam Respublikasının
pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan
Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur
obyektlərinə hücumu ilə bağlı bəyanat yayıb.

Trend xəbər verir
ki, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə
yayımlanan bəyanatda bu hücumların kəskin şəkildə qınanıldığı
bildirilir.

Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının
alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da
pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını
almaq məqsədilə təmkinli olmağa çağırır.

Ömüralıyev həmçinin, TDT Katibliyinin Azərbaycan Respublikasının
Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha
vurğulayıb.