ABŞ Prezidenti Tramp daxili təhlükəsizlik katibini vəzifəsindən azad edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik katibi Kristi
Noemini vəzifəsindən azad edib.

Trend xəbər verir
ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində məlumat verib.




Onun yerinə Oklahoma ştatından senator Markveyn Mallinin
namizədliyi irəli sürülüb. Malli vəzifəsinin icrasına martın 31-də
başlayacaq.

Kristi Noem isə şənbə günü Florida ştatının Doral şəhərində elan
ediləcək Qərb yarımkürəsindəki yeni təhlükəsizlik təşəbbüsü olan
“Amerika Qalxanı” üçün xüsusi elçi vəzifəsinə keçəcək.