
Bakı. Trend:
Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan
gərginliyi daha da artıran, regional sülh və sabitliyə xələl
gətirən hərəkətləri pisləyir.
Trend xəbər verir
ki, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bu barədə özünün X
sosial media hesabında bildirib.
“Qardaş ölkə Azərbaycana olan son hücumlarla bağlı ciddi
narahatlığımızı bildiririk. Regionda sülhün və sabitliyin qorunması
üçün gərginliyin azaldılmasına çağırır, dialoq və diplomatiyanın
davam etdirilməsinin zəruriliyini təkrar edirik”, – deyə paylaşımda
qeyd olunub.


