
İspaniya İranın Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyib.
“Report” xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, sözügedən hücumlar Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı törədilən hücumların davamıdır.
“İspaniya bu dost ölkələrlə həmrəy olduğunu bir daha bəyan edir”, – açıqlamada vurğulanıb.
İspaniyanın xarici siyasət idarəsi İranın mülki hədəfləri də əhatə edən hücumlarının beynəlxalq hüquqa görə tamamilə əsassız, sözügedən ölkələrin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması olduğunu diqqətə çatıdırıb və gərginliyin artması riskini gücləndirdiyini bildirib.
“İspaniya regionun təhlükəsizliyi və sabitliyi naminə işləməyə imkan verən təxirəsalınmaz deeskalasiya üçün diplomatiya və dialoqa qayıdış öhdəliyinə sadiq olduğunu bir daha təsdiqləyir”, – bəyanatda bildirilib.
España condena los ataques de Irán en las últimas horas en Turquía y Azerbaiyán, que se suman a los ataques contra países miembros del Consejo de Cooperación del Golfo, especialmente Qatar, y reitera su solidaridad con estos países amigos.
🔗 https://t.co/ghV7I9Ebx2 pic.twitter.com/sWfpbt9PwL
— Ministerio de Asuntos Exteriores, UE y Cooperación (@MAECgob) March 5, 2026
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


