Ramazanın 16-cı gününün duası – İftar və imsak vaxtları

Baş səhifə

Bakı. Trend:

Sabah Ramazan ayının 16-ci günüdür.

Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 6-də Bakıda imsak saat 05:41-də, iftar isə
saat 18:52-dədir.

Ramazan ayının 15-ci gününün duası:

“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni
fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar.
Bi-ilahiyyətikə ya ilahəl- aləmin”.




Tərcüməsi:

“İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et!
Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt
qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin
Allahı”.

Allah orucunuzu qəbul etsin!