
Bakı. Trend:
İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun ilk günü başa
çatdı.
Trend xəbər verir ki, 30-dan
çox ölkənin mübarizə apardığı Kubok 4 gün müddətində Milli
Gimnastika Arenasında davam edəcək. Kubokda ölkəmizi kişilər
arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar
arasında Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə
təmsil edirlər. Yarışın ilk iki günü təsnifat mərhələsi, digər iki
günü finallar olacaq. İlk günün nəticələrinə əsasən Nikita Simonov
və Dəniz Əliyeva final mərhələsinə vəsiqə qazandı.
Qarşıda bizi həyəcanlı mübarizə gözləyir.


