Tacikistan vətəndaşları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub – FOTO

Baş səhifə

Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə davam edir.

APA-nın cənub bürosunun xəbərinə görə, Tacikistan vətəndaşları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.

Bir qədər əvvəl 8 Tacikistan vətəndaşının təxliyəsi həyata keçirilib.