
Bakı.Trend:
Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə
yaranacaq.
Bu barədə Trend-ə “Azəriqaz”İB-dən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Yoncalıq və Can təpə yaşayış
massivləri, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir, Dədə
Qorqud, Mirəli Qaşqay, Yusif Məmmədəliyev küçələrində qaz
təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş yeraltı qaz
xəttinin mənbəyə qoşulması ilə əlaqədar 06.03.2026-cı il tarixində
saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı
dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ünvanlarda 9000
istehlakçının qaz təchizatında fasilə yarancaqdır.


