
İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır.
“Report” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut “X” sosial şəbəkəsində yazıb.
Diplomat qeyd edib ki, bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyir:
“Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”.
İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və…
— Sophie Lagoutte 🇫🇷 (@Sophie_Lagoutte) March 5, 2026
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


