
İordaniya Xarici İşlər Nazirliyi (XİN) İranın bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri şərh edərkən bildirib ki, Əmman ölkənin suverenliyinin və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunması üçün Bakının addımlarını dəstəkləyir.
Bu barədə “Report” İordaniya XİN-in bəyanatına istinadən xəbər verir.
Nazirlik İranın Türkiyə və Azərbaycana zərbələr endirmək cəhdlərini qətiyyətlə pislədiyini qeyd edib.
“İordaniya iki dövlətin suverenliyinin kobud şəkildə pozulması və regionun təhlükəsizliyi ilə sabitliyinə təhlükə yaradan təhlükəli eskalasiya olan bu hücumları (İran tərəfindən – red.) qəbul etmədiyini və qətiyyətlə pislədiyini vurğulayıb. İordaniyanın qardaş Türkiyə və Azərbaycanla tam həmrəyliyini, öz ölkələrinin suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atdıqları bütün addımları dəstəklədiyini bəyan edirik”, – qurumdan bildirilib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


