İsrailin zərbələri nəticəsində Livanda 77 nəfər ölüb

Baş səhifə

İsraillə Hizbullah arasında döyüşlər başlayandan bəri Livanda həlak olanların sayı 77-yə yüksəlib, 527 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son hücumlarda Kfar Tebnit kəndində ən azı 8 nəfər, o cümlədən bir ailənin 4 üzvü ölüb.