Paşinyan: Dəmir yollarının idarəçiliyinin başqa ölkəyə verilməsiylə bağlı Rusiya ilə müzakirələr aparılır

Baş səhifə
Paşinyan: Dəmir yollarının idarəçiliyinin başqa ölkəyə verilməsiylə bağlı Rusiya ilə müzakirələr aparılır

Ermənistan ölkənin dəmir yolunun konsessiya idarəçiliyinin başqa ölkəyə verilməsi məsələsi ilə bağlı rusiyalı tərəfdaşları ilə işgüzar danışıqlar aparır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Bəli, Rusiyadakı tərəfdaşlarımızla işgüzar danışıqlar aparılır. Biz bu məsələdə (Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin başqa ölkəyə verilməsi barədə – red.) müəyyən anlayış görürük, buna görə minnətdarıq. Təkrar edirəm, bizim sözlərimizdə Rusiyaya qarşı heç nə yoxdur. Biz sadəcə tərəfdaşlarımızla obyektiv vəziyyəti bölüşürük. Bildiririk ki, Ermənistan bu vəziyyətdə sadəcə öz rəqabət üstünlüklərini itirir və bizim başqa motivlərimiz yoxdur. Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”, – Baş nazir bildirib.