
ABŞ və İsrailin İranda başlatdığı hərakat ərzində İranın bütövlükdə qonşu dövlətlərə yönəlik strategiyasının nə qədər vahiməli olduğunu anlamaq olur.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Komitə sədri bildirib ki, özünə dost olan və yaxud neytral olan dövlətlərə atılan raketlər və göndərilən dronlar bu dövlətlərdə də sükutu pozub və böyük xəsarətə yol açıb:
“İran hazırda bu orealı genişləndirirək özünə qonşu və hər halda da bu proseslərdə də ən çox loyallıq nümayiş etdirən Azərbaycanı hədəfə aldı. Bu, Azərbaycan Prezidentinin bir gün əvvəl İran səfirliyini ziyarət edib və orada bütün hallarda İranın yaşadığı faciələrlə bağlı başsağlığı verməsi fonunda baş verdi. Bu Azərbaycanın dostluq və humanizim jesti idi. Buna da cavab olaraq İran bir gün keçməmiş düşmənçiliklə verdi. Bu düşmənçilik İrana sıxıntı gətirəcək. Çünki Azərbaycan tək deyil, Azərbaycanın müttəfiqləri var. Onlar birlikdə İranın etdiyi düşmənçiliyə bir cavab verəcəklər”.
Fazil Mustafa qeyd edib ki, bu bütövlükdə İİranda yaşayan çoxsayda azərbaycanlının iradəsinə uyğun olmayan addımdır:
“Bu orada yaşayan azərbaycanlılarının da kəskin etirazına səbəb olacaq. Çünki hazırda bu boyda düşmən çevrəsində olan bir ölkə özüylə qonşu olan, müəyyən dərəcə qohumluq bağı daşıyan bir dövlətə qarşı bu qədər sərt və məsuliyyətsiz davranış sərgiliyir. Ona görədə İran dövlətinin atdığı bu addım kifayət qədər ciddi narahatverici addımdır. Azərbaycan da buna qarşı adekvat addımlar atmalıdır”.
Onun fikrincə, dünyada yaşayan azərbaycanlıların da bu məsələdə həmrəyliyi önəmlidir:
“Hər kəs Azərbaycan gözləyən bu təhlükə qarşısında kənətlənməlidir. İranın daxilində olan azərbaycanlılar da özlərinə pənah kimi görsənən müstəqil Azərbaycan dövlətinə dəstəyini əsirgəməlidirlər. Ümid edirik ki, onlar İranda öz dirənişlərini əsirgəməyəcəklər.Bütövlükdə bütün azərbaycanlılara qarşı yönəldilmiş indiyə qədər davam edən cinayətin başqa formada təzahürüdür”.
Deputat deyib ki, İranın hakim dairələrinin atdığı bu addımı qınayırıq:
“Hesab edirik ki, bu dostcasına olmayan açıq düşmənçilik addımıdır. Bunu səhv və yaxud anlaşmazlıq kimi qiymətləndirilməməsi yol verilməzdir. Belə səhvlər bağışlanmır”.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 2 nəfər xəsarət alıb.


