
Bakı.Trend:
Tamstore Marketlər Şəbəkəsi mart ayında bayramlara özəl olaraq
3500-dən çox məhsulda xüsusi endirimlərə start verdi. 5–24 mart
tarixlərini əhatə edəcək “Bayram gəlir, yaz gəlir, Tamla endirim
gəlir” kampaniyası çərçivəsində bayram süfrəsi üçün lazım olan qida
məhsulları və “Bahar Təmizliyi” üçün qeyri-qida məhsulları böyük
endirimlərlə təqdim edilir. Məqsəd yalnız qiymət üstünlüyü deyil,
çərşənbə axşamlarından Novruz bayramına qədər bütün hazırlıqları
daha rahat, daha sərfəli və daha zövqlü etməkdir.
Bundan əlavə, 16–22 mart tarixlərində “Şirniyyat Festivalı”
çərçivəsində ədədli şirniyyatlar və çəkili konfetlər endirimlərlə
alıcılara təqdim ediləcək. 17–22 mart tarixlərində isə “Bayram
Şirniyyatları Festivalı” keçiriləcək. Festival zamanı şəkərbura,
qoğal, paxlava və digər ənənəvi ləzzətlər xüsusi təkliflərlə
satışda olacaq.
Məlumat üçün bildirək ki, paralel olaraq mart ayı endirim
jurnalında “Bahar təmizliyi” istiqaməti üzrə təmizlik və gigiyenik
vasitələr böyük endirimlərlə təqdim edilir. Bununla da bayram
öncəsi evlərin təmizlənməsi və yenilənməsi üçün zəruri məhsullar
sərfəli qiymətlərlə alıcılara çatdırılır.
TAMSTORE mart ayı boyunca bayram süfrəsi, şirniyyat seçimi və
bahar təmizliyi üçün kompleks alış-veriş imkanını bir məkanda
təqdim edərək müştərilərinə həm qənaət, həm də rahatlıq təklif
edir.


