
Şəklin mənbəyi, Sosial media
Oxuma vaxtı: 1 dəq
Martın 5-də Naxçıvana İran ərazisindən dron hücumları həyata keçirilib, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
Nəticədə iki nəfər yaralanıb.
Azərbaycan buna “kəskin etiraz” etdiyini və “müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını” bildirib.
“1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb”, XİN-in bəyanatında deyilir.
Hava limanının binasına zərər dəydiyi də qeyd edilir.
Azərbaycan Naxçıvana “dron hücumunu qətiyyətlə pislədiyini” bəyan edib.
Nazirlik İranın Bakıdakı Səfiri Müctəba Dərmiçilunun Xarici İşlər Nazirliyinə çağırılaraq, etiraz notası təqdim ediləcəyini bildirib.
Rəsmi Tehran hadisəylə bağlı hələ ki, açıqlama verməyib.
Sosial mediada yayılan video görüntülərdə Naxçıvan hava limanının yaxınlığında partlayış olduğu görünür.
Video görüntülərdə əraziyə yanğınsöndürənlərin gəldiyi görünür.
ABŞ-İsrailin İranla müharibəsi 6-cı gündür ki, davam edir.


