Albaneze Avstraliya hərbi qüvvələrinin Yaxın Şərqə göndərildiyini açıqlayıb

Baş səhifə
Albaneze Avstraliya hərbi qüvvələrinin Yaxın Şərqə göndərildiyini açıqlayıb

Avstraliya münaqişə zonasında olan minlərlə avstraliyalı ilə əlaqədar vəziyyətə fövqəladə reaksiya tədbirləri çərçivəsində Yaxın Şərqə hərbi qüvvələr göndərib.

“Report” Avstraliya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze parlament dinləmələri zamanı bildirib.

“Daha bir reys, EK414 havadadır, göyərtəsində 200-dən çox avstraliyalı var. Bu gün təyyarə Dubaydan Sidneyə yola düşüb və ümid edirik ki, bu gün daha çox reys olacaq”, – o qeyd edib.