Azərbaycan Böyük Britaniya şirkəti ilə rəqəmsal infrastruktur üzrə əməkdaşlığı dəyərləndirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Böyük Britaniyanın “Nscale” şirkəti arasında süni
intellekt və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq imkanları
müzakirə edilib.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Böyük Britaniyaya səfər çərçivəsində süni intellekt
infrastrukturu və xidmətləri sahəsində qlobal şirkətlərdən olan
“Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti
Filip Sachs və icraçı direktoru Fabio Fregi ilə görüş keçirdik.




Görüşdə Azərbaycanın süni intellekt və rəqəmsal infrastruktur
sahəsində regional mərkəzə çevrilmək məqsədilə milli strategiya
həyata keçirdiyini və bu vizyonu dəstəkləmək üçün dünya səviyyəli
texnologiya tərəfdaşları ilə əməkdaşlıq etdiyini vurğuladıq.

“Nscale”in data mərkəzləri və süni intellekt xidmətləri üzrə
təcrübəsi çərçivəsində Azərbaycanla birgə investisiya, layihələr,
texnoloji və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını
müzakirə etdik”, – paylaşımda qeyd edilib.