
Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində ciddi itki
baş verib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, komandanın kapitanı Kriştiano Ronaldo sıradan
çıxıb. Portuqaliyalı hücumçu baldır əzələsindən zədə alıb. 41 yaşlı
futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı
gözlənilir.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm “Əl-Nəsr”in heyətində
meydana çıxdığı 26 rəsmi matçda 22 qol və 4 məhsuldar ötürmə ilə
yadda qalıb.


