
İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrandakı obyektlərə zərbələr zamanı 5 mindən çox döyüş sursatından istifadə edib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
“İsrail HHQ əməliyyat başlayandan bəri (28 fevraldan – red.) İrandakı obyektlərə 5 000-dən çox döyüş sursatı ilə zərbə endirib”, – məlumatda bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub ki, İsrail HHQ İran ərazisində, xüsusilə Tehranda İsrail ordusunun hava üstünlüyünü genişləndirməyə davam edir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


